Modelləmə üsulu və onun tədrisdə tətbiqi
Elnarə Məmmədova, pedaqogika üzrə fəlsəfə doktoru
Səbinə Ağayeva,
riyaziyyat üzrə fəlsəfə doktoru
Qloballaşan dünyada qarşıda duran vəzifələrdən
biri də hər ölkədə təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin
yaradılmasıdır. Təsadüfi deyildir ki, son illərdə təhsilin keyfiyyətinin yüksəldilməsi
məsələsi daha həssas bir mövzuya çevrilmişdir. Bu gün təhsilin keyfiyyəti cəmiyyətin inkişafı ilə bilavasitə
əlaqədardır. Bütün direktiv sənədlərdə təhsildə yüksək keyfiy-yətə nail olmaq
başlıca məqsəd kimi götürülür. Təhsilin
keyfiyyətinin yüksəldilməsi məsələsində əsas istiqamətlərdən biri məktəbdə tədris prosesində
inkişafetdirici effektə nail
olmaq üçün müvafiq model və
yanaşmaların işlənib hazırlanması ilə bağlıdır.
Həm də bu modellər onun bütöv və
sistemli şəkildə inkişafını təmin etməlidir.
Müasir qloballaşan dünyada təhsildə
yaranan nailiyyətə sahib olmaq üçün təkcə milli qiymətləndirmə çərçivəsində
qalmaq olmaz. Doğrudan da, ölkəmizdə təhsili cəmiyyətdə müəyyənləşdirmək üçün
hökmən Beynəlxalq qiymətləndirmədə arzuolunan nəticələrə çatmağa ehtiyac hiss olunur. Çünki beynəlxalq qiymətləndirmənin
sualları məhz model şəklində təqdim olunur. Başqa sözlə, onlar bütünlüklə
şagirdlərin həyatla bağlı təsəvvürlərini həm yoxlayır, həm də inkişaf etdirir.
Bu isə onların gələcəkdə həyata daha çox hazır olaraq texnologiya məsələləri ilə bağlı sahələrdə yüksək faydalılığı ilə müşayiət
olunur. Deməli, riyaziyyat dərslərində yeni modelləmə üsulunun tətbiqi ölkənin
ümumi inkişaf səviyyəsinin yüksəlməsi ilə nəticələnə bilər. Nəhayət, təhsilə
düzgün yanaşma–cəmiyyətə daha çox fayda verə biləcək kadrların yetişməsi və
bununla da ölkənin ümumi
inkişaf səviyyəsinin yüksəlməsi ilə nəticələnər.
Beləliklə, hər zaman elmlərin tədrisində
istifadə edilən proqramların, müasir təlim
yanaşmalarının və eləcə də müəllimlərin peşəkarlıq səviyyəsinin
artırılması məsələləri diqqət mərkəzində saxlanılır. Ələlxüsus riyaziyyata bu
sahədə daha çox diqqət yetirilir. Ölkəmizdə bəzən riyaziyyatın göstəricilərinin
aşağı olması faktını aradan qaldırmaq üçün onun tədrisinə yenidən baxılmalı,
şagirdlərin riyazi qavramalarının və problemi həll etmə bacarıqlarının inkişafı
üçün strategiyalar formalaşdırılmalıdır. Eləcə də riyaziyyatın öyrənilməsi üçün
motivasiyanın necə artırılacağına və gələcəkdə
riyaziyyatla əlaqədar peşələrin seçilməsinə çox diqqət artırılmalıdır.
Riyaziyyat və texnologiyalar sahəsinə marağın çox olması ölkənin iqtisadi rəqabətlilik qabiliyyətinin yüksək olması deməkdir.
Riyaziyyatın ölkənin həyatında nə qədər
önəmli bir çəkiyə malik olduğunu bilərək dünya ölkələrində olduğu kimi bizdə də
bu məsələlər hər zaman diqqət mərkəzindədir.
Cəmiyyətin inkişafına təkan verən
aparıcı qüvvə kimi təhsil qloballaşan dünyada cəmiyyət üzvlərinin öz bilik və
bacarıqlarının davamlı olaraq inkişaf etdirilməsi üçün ən başlıca açardır.
Bunun uğurları isə onların təhsil səviyyəsindən, oradakı oxu, yazı, ədəbiyyat,
xarici dillər, İKT sahəsindəki biliklər və sairdən də çox asılıdır. Ona görə də,
son illərdə bir sıra ölkələr qiymət-ləndirmə və təhlillərin təhsilin inkişafı
üçün strategiyaların hazırlanmasına qoşulmuşlar. Hazırda bu sahədə beynəlxalq
proqramlar işlənir. Bir sıra ölkələrdə təhsilin nailiyyətləri müqayisəli şəkildə
qiymətlən-dirilməklə əsas fənlərin tədrisində keyfiyyət dəyişikliklərinin
tendensiyası müəyyənləşdirilir, fənlərin tədrisinin keyfiyyətinə təsir edən
faktlar üzə çıxarır, kurikulumlar, eyni zamanda müxtəlif ölkələrin təhsil
prosesinin təşkilinin əsasları haqqında məlumat toplanılır.
Bunlar hamısı dünya ölkələri təhsillərinin
bir-birinə inteqrasiyası məqsə-dilə edilir. Burada məqsəd həm də təhsildə müxtəlifliyi
üzə çıxarmaqdır. Çünki bir çox hallarda ölkələrin təhsil proqramlarının çərçivəsindən
kənara çıxan, şagirdlərin alışmadığı, lakin çağdaş zamanda həyat üçün önəmli
sayılan suallara, problemlərə də rast gəlinir (Riyaziyyat və tətbiqi elmlərin
beynəlxalq təqdimatının əsas nəticəsi, I hissə. Moskva, 2008).
Beynəlxalq qiymətləndirmə bir neçə
istiqamətdə aparılaraq yetkinlik yaşlı şagirdlərin kurikulumda nəzərdə tutulan
mövzuları (riyazi savad, təbiət elmləri
üzrə savad və oxu savadı) hansı səviyyədə öyrəndikləri deyil, müasir
informasiya cəmiyyətində qarşılaşdıqları məsələlərin həllində əldə etdikləri
bilik və bacarıqlardan istifadə edə bilmə qabiliyyətini ölçmək məqsədi daşıyır.
Bu qəbildən dünya üzrə 3 cür Beynəlxalq qiymətləndirmə təşkil edilmişdir: PISA,
TIMS və PIRLS.
- PISA şagirdlərin riyazi savad, təbiət elmləri
savadı, oxu savadı haqda;
- şagirdlərin motivasiyası, özləri
haqqındakı qənaətləri, öyrənmə metodları barədə;
- həmçinin məktəb mühiti və şagirdlərin ailələri
haqqında məlumatlar toplayır.
PISA layihəsində “savad” termini –
şagirdin bilik və potensialını inkişaf etdirib, cəmiyyətdə daha fəal iştirak edərək
cəmiyyətə öz töhfələrini vermək üçün yazılı mənbələri tapma, onlardan istifadə
etmə mənimsəmə və qiymətləndirməsi kimi ifadə edilməkdədir. Qiymətləndirmə
proqramındakı ölçmələr aşağıdakı istiqamətdə aparılır: Şagirdlərin bilik və
bacarıq səviyyələrini – layihədə iştirak edən digər ölkələrdəki şagirdlərin
bilik və bacarıqları ilə müqayisə edilir və bunun nəticəsində təhsilin səviy-yəsinin
yüksəldilməsi məqsədilə yeni standartlar yaradılması nəzərdə tutulur. Bir qədər
də konkretləşdirsək, bu yolla təhsil sisteminin güclü və zəif tərəfləri müəyyən
edilir.
PISA gənclərin gündəlik həyatda
qarşılaşa biləcəkləri çətinliklərin öhdəsindən gəlmək üçün bilik və
bacarıqlardan istifadə etmə qabiliyyətlərinin ölçülməsinə istiqamətlənir.
Məsələn, PISA proqramı təbiət elmləri
üzrə savadlılığa dair aşağıdakı məqsədləri hədəf götürür:
• Elmi mühakimələrin irəli sürül-məsinə dəstək
vermək;
• Şagirdin təbiət elmlərinin öyrənil-məsində
özünəinam yaratmaq;
• Şagirdin ətraf mühitə və təbii
ehtiyatlara qarşı məsuliyyətini artırmaq.
Maraqlıdır ki, oxu bacarıqlarını bu
proqram fərdin öz hədəflərinə çatması, biliyini artırmaq və cəmiyyətə inteqrasiya
etməsi üçün yazılı mətnləri anlamaq, istifadə etmək və ifadə etmək bacarıqları
ilə əlaqələndirir.
Riyaziyyatın da yoxlanılması bu
proqram çərçivəsində çox maraqlı prinsiplərlə müşayiət olunur. Bir sıra problemlərin açılması riyazi terminlərin
izahı ilə bağlı olur.
• Riyazi
savad - fərdin, riyaziyyatın dünyada oynadığı rolu görməsi və başa düşməsi,
sağlam əsaslara yiyələnməklə uğurlara çatması, yaradıcı, həssas bir vətəndaş
olaraq öz ehtiyaclarını ödəyə biləcək bir şəkildə riyaziyyatdan istifadə etməsi
kompleksini aradan qaldırmağa imkan verir. Riyazi savadlılıq - riyaziyyatın daha geniş və funksional istifadəsini nəzərdə tutur və müxtəlif
situasiyalarda riyazi problemləri aşkar etmək və düstur halında vermə
bacarığını əhatə edir. Nəticədə, oxuma bacarığı təbiət elmləri üzrə və riyazi
savadlılığa uyğun olaraq 5, 6 və 6 səviyyədə qiymətləndirilir.
Bu səviyyələr bir-birindən mürəkkəbliyinə
görə fərqlənərək riyazi mühaki-mənin güclənməsi və həyatda rast gələn vəziyyətlərin
aspektləri ilə birbaşa əlaqələndirə bilmə bacarıqları ilə müşayiət olunur. Bu
zaman o, ümumiləşdirmələr aparmağı, nəticə çıxarmağı və mülahizə yürütməyi
bacarmalıdır.
Beynəlxalq qiymətləndirmənin nəticəsini
təhlil edərkən beynəlxalq imtahanlarda ən üst yerlərdə olan ölkələrin yüksək
nailiyyət əldə etmələrinə səbəb aşağıdakı 3 məsələ ilə əlaqədar ola bilməsi
fikri müəyyənləşmişdir:
• Təhsilin
keyfiyyəti müəllimin keyfiyyətindən yüksək ola bilməz;
• Təlim
metodlarından səmərəli istifadə mövcuddur;
• Fərdi
xüsusiyyətləri və müxtəlifliyi nəzərə alaraq hər şagirdə fərdi yanaşır və hər
uşağın uğur qazanması üçün çalışırlar.
Konkret olaraq Finlandiyanın
PISA-dakı uğurunun səbəbləri onların öz alim və müəllimlərinin fikrinə görə
bunlardır:
• Pedaqoji
kadr hazırlığı;
• ənənəvi
məktəb həyatı;
• müəllimlik
peşəsinə münasibət;
• ixtisasartıma
təhsili.
Göründüyü kimi, müəllimlər cəmiy-yətin
inkişafında aparıcı rol oynayır.
Bu işdə uyğun idarəetmə orqanları
ailələr və cəmiyyət müəllimlərə və məktəblərə tam etibar etməlidir. Bunun üçün
daim öz üzərimizdə işləməliyik. Bu gün beynəlxalq aləmdə hər bir oblastda
mentorluq deyilən bir sahə fəaliyyət göstərir. Müəllimlərin içində yaxşı
mentorlar yetişə bilir və məncə hər bir müəllim özünü öz daxilində illər
keçdikcə özündən gənc müəllimlər üçün elə məhz mentor kimi yetişdirməyə
çalışmalıdır. Haqqında danışdığımız beynəlxalq
qiymətləndirmə yüksək səviyyədə nümayiş etdirmək seçimi yaxşı təhsilin qarantı
sayılan hər bir şeyi, o cümlədən müəllimi yetişdirmək lazımdır.
Artıq bu baxımdan beynəlxalq aləmdə
yeni pedaqoji prinsiplər formalaşıb. Əslində bu prinsipləri təcrübəli qabaqcıl
müəllimlərimizin fəaliyyətində də müşahidə etmək mümkündür. Müəllimin işinin səviyyəsi
təhsilin bir az təsnifata, hər zaman ehtiyac olduğunu qəbul etmək bu prinsiplərlə
tanış olmağa dəyər.
Əlbəttə, hamı bu fikirlə razılaşar ki, yaxşı bir müəllim
olaraq, ilk növbədə, hər bir şagirdin fərdiliyini və dəyərini bilmək, hər bir
şagirdin riyaziyyatı öyrənib istifadə edə biləcəyinə inanmaq və beləliklə, şagirdlərin
uğur əldə etmələri üçün onlarla, xüsusən
riyaziyyatı öyrənmələri ilə bağlı bərabər və ədalətli şəkildə davranmaq çox
vacibdir. Buna görə də müəllim riyaziyyatın tədrisi üzrə fikirlərini bütün
şagirdlərin öyrənə biləcəklərinə inam üzərində qurur. Proqram üzrə tədris düzgün qurulduqda artıq VIII-IX
siniflər üzrə şagirdlər riyaziyyat üzrə ilk mərhələdə aydın və lazımi
informasiyanın verildiyi tanış məzmunlu, sadə və köməyi verilmiş sualları
cavablandırmağı bacarır, informasiyanı başa düşür, sual kitabçasındakı təlimata
əsaslanaraq adi prosedurları yerinə yetirə bilirlər. Bu iş ardıcıl davam
etdirildikdə şagirdlər birbaşa nəticə çıxarmağı tələb edən misal və məsələləri
yerinə yetirir, mənbədən uyğun gələn məlumatı əldə etməyə çalışır, məsələnin həlli
üçün bir üsuldan, əsas alqoritmlərdən, forma və üsullardan istifadə etməyi, adi
nəticənin əldə olunması yollarını dərk edə bilir. Bu yola alışdırılmış şagirdlər
sadə problemin həlli strategiyalarını seçərək tətbiqetməni, müxtəlif məlumat mənbələrinə
əsaslanmış nümunələrdən istifadə etməyi və onların üzərində işləməyi bacarır, hətta
yeri gəldikcə şərh, düşüncə və nəticələrini ifadə edən fikirlər də yürüdə
bilirlər, sonra öz fikirlərini ifadə etməyə hazır olurlar. Beləliklə, şagirdlər
mürəkkəb situasiyalarda müəyyən modellərlə işləməyi, müqayisə etməyi və dəyərləndirməyi,
öz geniş bilik dairələrindən, qabiliyyətlərindən istifadə etməyi, mürəkkəb
problemin həlli strategiyalarını seçməyi bacarırlar.
Şagirdlər mürəkkəb riyazi məsələlərin
həllində öz biliklərinə və tədqiqatlarına əsaslanaraq məlumatı dərk edir, nəticə
çıxarmağı, müxtəlif məlumat mənbələrini və nümunələri əlaqələndirməyi və
asanlıqla izahını verməyi bacarırlar. Yaxşı riyazi biliklərə, qabiliyyətə malik
olan şagirdlər öz düşüncə və qabiliyyətlərini riyazi məsələlərin həllində tətbiq
edir, biliklərini daha yeni yanaşma və strategiyalarla nümayiş etdirir, əldə
etdikləri nəticələri əsaslandıra, dəlillərlə izahını verməyə nail ola bilirlər.
• Müəllimlər
xüsusi qabiliyyətli və istedadlı şagirdlər də daxil olmaqla xüsusi qayğıya
ehtiyacı olanların təlimi ilə bağlı məsələləri dərk edərək kurikulumu qiymətləndirməyi
lazım olan tərzdə dəyişə bilə və hamılıqla xüsusi qayğıya ehtiyacı olan şagirdlərə
aid dövlət qanunlarına, qaydalara və siyasətə riayət edirlər.
Hamıya məlumdur ki, riyazi səriştə həyatda
hər bir insan üçün vacibdir.
• Riyazi səriştə əldə etmək üçün şagirdlər əsas
konsepsiyaları anlamağı, prosedur və alqoritmləri tez və dəqiq izləməyi,
problemləri həll etmək üçün bir neçə strategiyadan istifadə etməyi, düşüncələrini
çatdırmağı bacarmalıdır, riyaziyyatın əhəmiyyətini anlamalı və onu öyrənə biləcəyinə
inanmalıdırlar.
• Çünki şagirdlərin riyazi bacarıqlarının
inkişafı üçün ailələr və məktəbdə kollektiv içərisində sıx əməkdaşlıq münasibətlərinin
formalaşdırılması məhz müəllimin üzərinə düşür və bu da işin xeyrinə olur.
• Riyazi
bacarıqların inkişafı üçün riyazi klublar və yarışmaların təşkili çox faydalı
olur.
Məlumdur ki, riyaziyyat insanın
dünyanı onun məzmununu, xaosunu, sabitliyini və dəyişikliyi anlamaq cəhdində əsas vasitədir. Riyaziyyat ən
qədim fənlərdən olmasına baxmayaraq o günü-gündən öz sahəsini genişləndirir,
deməli, dəyişir və eyni zamanda dünyanı da dəyişməyə qadir olur. Bu zaman onu tədris
edən müəllimlər hər zaman öz biliklərini təzələməlidirlər. Bu məqsədlə onlar
internetdən, peşəkar jurnallardan istifadə etməli və konfranslarda iştirak etməlidirlər.
Şagirdlərin riyaziyyat fənnini daha
maraqla öyrənməsi və daha asanlıqla qavraması üçün onlara təqdim ounan
tapşırıqların çox cazibəli və eyni zamanda
sanki həyatın real situsiyalarına uyğun olaraq və sözün əsl mənasında problem şəklində tərtib
olunmalıdır.
Bu gün riyaziyyatı model məsələlərin
geniş tətbiqi ilə tədris etməyin əsl vaxtı gəlib çatmışdır. Bəs modelləmə nədir?
Müasir dövrdə alimlər dünyanı daha
aydın bir şəkildə anlaya bilmək və sonra texniki sualları cavablandıra bilmək məsələlərində
riyaziyyatın tədrisinin daha münasib bir formaya salınmasının çox önəmli olması vurğulanır.
Reallığı riyazi bir dil ilə qavramağa kömək edən bu metod və düşüncə formasına
riyazi modelləmə adı verilir.
Məhz onda şagird riyaziyyatı hər bir
şeydən təcrid olunmuş maraqsız bir halda deyil, bütövlükdə həyatın içindən
götürülmüş problemlərin həllinə yönəldilərək öyrədilərsə onun gələcəkdə həyata
daha hazır bir şəkildə hazırlanmasına nail olmaq olar. Beləliklə, şagird məktəbi bitirəndə artıq onda mühəndis,
texnoloji və riyazi təfəkkür tərzi formalaşmış olduğundan
bütövlükdə cəmiyyətin səviyyəsi yüksəlmiş ola bilir. Beynəlxalq aləmdə
riyaziyyatın bu cür tədrisi proqramını
STEM (Fənn, Texnoloji, Mühəndislik, Matematik) deyə adlandırırlar.
Qeyd etmək lazımdır ki, qiymətlən-dirməyə
dair beynəlxalq təcrübə Azərbaycana çox şey vermişdir. Məsələn, daha çox həyati
bacarıqları yoxlayan qiymətləndirmə tədqiqatlarında iştirak etməklə ölkəmiz
qazandığı təcrübə sayəsində sivil təhsil
srategiyalarını müəyyənləşdirməyə nail olmuşdur. Bundan əlavə məhz təcrübə əsasında
fənn kurikulumlarında hansı zəruri dəyi-şikliklərin edilməsi
proqnozlaşdırılmış, şagirdlərimizə dünya təhsil standartlarına cavab verən qiymətləndirmə
vasitələri ilə işləmək vərdişləri aşılanmışdır. On ildən artıqdır ki, bu
istiqamətdə təcrübə qazanmaq məqsədilə TIMS və PIRLS beynəlxalq qiymətləndirmə
proqramları ilə əlaqəli işlər görülmüşdür. Dəfələrlə rəhbərlik üçün qəbul edilən
sənədlərdə və pedaqoji mətbuatda deyilmişdir ki, əgər PISA əsas sənaye ölkələrində
məktəb sisteminin nəticələrinə dair müqayisəli faktları verməklə şagirdlərin
real həyatda oxu, riyaziyyat və təbiət elmləri sahəsində bilik və
bacarıqlarının tətbiqini qiymətləndirirsə, PIRLS və TIMS müxtəlif ölkələrdə
şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri sahəsində rəsmi məktəb
kurikulumunun məzmununa nə dərəcədə yiyə-ləndiklərini təhlil edir. Son
vaxtlarda təsdiq olunmuşdur ki, məktəblilərin nəticələrinin digər ölkələrin nəticələri
ilə müqayisəli təhlili sayəsində riyaziyyat fənninin tədrisinin mükəmməlləşdirilməsində
istiqamətləri təyin etməyə, eyni zamanda milli mütəxəssislərin araşdırmasını tələb
edən problemlərin üzə çıxmasına imkan verəcək. Həyati bacarıqlara görə qiymətləndirmə
sahəsində müəyyən təcrübə qazandıqdan sonra milli kurikulumun, yeni qiymətləndirmə
sisteminin tətbiq edildiyi təhsil pillələrində şagirdlərimizin beynəlxalq
standartlara nə dərəcədə cavab verməsini öyrənmək müəllimlər üçün mühüm əhəmiy-yətə
malikdir. Azərbaycanın TIMS və PIRLS beynəlxalq qiymətləndirməsinə qoşulması
qiymətləndirmə və təhlillər aparmaq təcrübəmizi xeyli artırmış, dünya təcrübəsində
orta məktəblərdə təhsilin səviyyəsini öyrənmək üçün aparılan ən populyar tədqiqatlardan
birinə çevrilmişdir. Təcrübə və araşdırmalar göstərir ki, riyaziyyat fənninin tədrisindəki
nailiyyətlərin qiymətləndirilməsində bir sıra ümumi yanaşmalar müəyyən olunmuş,
görülən işlərin təhlili ilə bağlı informasiyalar toplanmış, burada bəzi əsaslı
faktlar üzə çıxarılmışdır.
Bir məsələ tam aydındır ki, TIMS və
PIRLS beynəlxalq qiymətləndirmə proqramlarının populyarlıq qazanması tədqiqatda
istifadə olunan qiymətləndirmə vasitələrinin təhsilalanların həm bilik, həm də
bacarıqlarının üzə çıxarılmasında və gələcək nailiyyətlər üçün ölkələrin bu
vasitələrdən bəhrələnməsində müstəsna əhəmiyyət kəsb edir. Lakin bir sıra həll
olunmamış problemlər də vardır. Azərbaycan məktəblilərinin qazandığı uğurlar,
şagirdlərin mövcud qiymətləndirmə vasitələri ilə daha yaxından tanış olmaları həm
məktəbdəki nailiyyətlərimizə, həm də şagirdlərimizin dünyagörüşündə müsbət təsirlər
yaradacağına ümid yaradır.
Türkiyə ölkəsinin bir qrup müəllimləri, o cümlədən İzmir Qız Lisəsinin
riyaziyyat müəllimi Uğur Çətinkaya
dünyada və Avropada bu sahədəki
mövcud təcrübədən yararlanaraq MAGİT-Matematiksel Güc ve İnnovativ Tasarım
Derneyi yaradaraq riyaziyyatda modelləmə üsulunun tətbiqinə dair fəaliyyətini
bu dərnək vasitəsilə yönləndirmişdir. Bu
təlim növünə görə riyaziyyatın tədrisində əsasən iki istiqamətin parlaq tətbiqi
diqqəti cəlb edir. Birincisi, onlar texnologiyanın geniş tətbiqini xüsusi GEOGEBRA proqramı vasitəsilə
reallaşdırırlar ki, bu da şagirdlərin
riyaziyyatda keçdikləri materialların daha əyani şəkildə mənimsəyərək işləmələrinə imkan yaradır. Eyni zamanda riyaziyyatın məsələlərinin
tam gündəlik həyatın problemlərinə uyğun şəkildə tərtib olunması və onların həllininin
alışdırılması şagirdlərin həyata hazırlığını və çevik riyazi təfəkkürünün
formalaşmasını təmin edir.
Beləliklə, STEM-nəzəri bilikləri
praktikada tətbiq etməyə, bu biliklərin materiyaya çevrilməsi və yenilikçi kəşflərə
sövq edən, şagirdlərin riyaziyyat, mühəndislik, texnologiya və digər fənlərdən
öyrəndik-lərini bir bütövün parçaları kimi görmələrinə alışdırmağa çalışan,
dünyada bir çox ölkələrin artıq özlərinin tədris proqramına daxil etdiyi bir tədris
yanaşması olmaq xüsusiyyətini daşıyır.
STEM təhsili – istehsal, kəşfetmə
bilik və bacarıqlarını qazandırmağı hədəfləyir. STEM təhsili almış şəxslərin iş
dünyasına daxil olanda da bu bacarıqların sayəsində iş həyatlarında istədikləri
istiqamətə asanlıqla uyğunlaşması və ölkənin
iqtisadi inkişafına layiqli töhfə verməsi gözlənilir. STEM təhsili dünyada məktə-bəqədər
təhsildən ali təhsil də daxil olmaqla tədris prosesində fənlərarası əlaqəyə
uyğun şəkildə tətbiq edilir.
MAGİT dərnəyinin
üzvləri fəaliy-yətindəki bütün
maraqlı cəhətlərlə vaxtaşırı Türkiyənin Təhsil Nazirliyinin qarşısında öz
hesabatları ilə çıxış edirlər.
STEM-in (Fənn, Texnoloji, Mühəndislik,
Riyaziyyat) fəaliyyətinə dair növbəti Təhsil
Hesabatından bəzi məqamları diqqətinizə çatdırmaq istərdik.
Hesabatda STEM təhsilinin təşəkkülü barədə məlumat
verilmişdir. Belə ki, ABŞ-da və müxtəlif Avropa ölkələrində STEM təhsili ilə
bağlı vəziyyət ortaya qoyuldu. Türkiyədə STEM təhsili ilə bağlı vəziyyət təhlil edildi və bu təhsil növünə
keçmək məqsədilə yeni model təklif olundu. STEM təhsil mərkəzləri barədə araşdırmaların aparılması, müəllimlərin
bu tədris formasına uyğun olaraq yetişdirilməsi, tədris proqramlarının STEM-ə
uyğunlaşdırılması və məktəblərdə tətbiq üçün lazımi şəraitin qurulması üçün zəruri
dərs materialları ilə təmin olunması məsələlərinə toxunuldu.
STEM təhsili ilə türk təhsil
sisteminin sintezi üçün lazımi hazırlıqlarla əlaqədar
qiymətləndirmələr apararaq bu növ təhsilə
uyğun tədris planı təqdim edildi.
Və artıq onlar öz məhsuldar fəaliyyətləri ilə
bu istiqamətdə hər cür dövlət dəstəyinə də layiq görüldükləri üçün biz də buradan həmkarlarımıza
uğurlar diləyirik. Onlar əmindirlər ki, bu yanaşma ilə riyaziyyat müəllimləri nəinki
ən geridə qalmış riyazi durumu tez bir zamanda düzəldə biləcəkdir, hətta beynəlxalq
qiymətləndirmənin növbəti sınaqlarında onlar daha yüksək yerlər qazanacaqlar.
Çünki artıq bir çox qabaqcıl ölkələrdə sınaqdan çıxarılmış bu riyaziyyatın yeni
üsulla tədrisi demək olar ki, bütün
dünyada öz effektini göstərməkdədir.
Rəyçi: dos. İ.Cavadov
İstifadə edilmiş ədəbiyyat
1. Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası. //Azərbaycan məktəbi, 2013, №5.
2. Ağayev Ə. Pedaqoji innovasiyalar
probleminə müasir yanaşmalar. //Azərbaycan məktəbi, 2013, №5.
3. Yeni təhsil proqramlarının
(kurikulumların) tətbiqi məsələləri.
Bakı, 2014.
4.
Süleymanova A. Müasir kurikulumlarda yeni təlim yanaşmalarının tarixi
kökləri. //Kurikulum, 2008.
5. Ağayev Ə. Təlim prosesi: ənənə və
müasirlik. Bakı, 2006.
6. İdarəetmədə qərarların verilməsi üçün
təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatları
nəticələrindən istifadəyə dair vəsait. Xəzər Universiteti nəşriyyatı. Bakı,
2013.
7. Tahirov B., Namazov F. və b. Riyaziyyatın
tədrisi üsulları. Bakı, 2007.
8. Heydərova S. Riyaziyyat fənninin keyfiyyətini
yüksəldən üsullar. “Təhsil problemləri” qəzeti, 2013, 27 sentyabr.
Комментариев нет:
Отправить комментарий