text

Riyaziyyat bütün elmlərin açarıdır. Riyaziyyat sahəsində son yeniliklər, sİniflər üzrə summativ testlər, açıq dərs nümunələri, dərs icmalları, abituriyent hazırlığı ilə bağlı materiallar və s. sayta yerləşdirilir.

Geogebra

Məsələ 1.

Çevrə tənliyinin qurulmasının gündəlik həyatda qarşılaşdığımız
məsələnin həllində rolu




Məlumdur ki,  mobil telefonlar siqnalların bir ötürücü stansiyadan digər stansiyaya peyklər vasitəsilə ötürülməsi ilə işləyir. Təsəvvür edin ki, siz bu mobil  operator şirkətində çalışırsınız və sizə belə bir məsələni həll etmək tapşırılır.
Məsələ: 3 şəhər arasında ötürücü stansiyanı elə yerləşdirin ki, daha çox istifadəçiyə xidmət etsin. Uyğun tənliyi yazın.
Həlli:
Məsələni riyazi üsulla hesablamalar aparmaqla həll etmək olar.
Lakin bugün məsələni  Geogebra proqramı vasitəsilə  həll edilmə qaydası ilə tanış olacağıq.
1)Şərtə əsasən şəhərlər A(4;4);  B(0;-12);  C(-4;6)  nöqtələrində yerləşir.
2)Bu nöqtələri birləşdirən üçbucaq çəkək.
3)Üçbucağın tərəflərinin orta perpendikulyarlarını çəkək.
4)Perpendikulyarların kəsişmə nöqtəsini qeyd edək. O(-2;-3)
5)Proqram vasitəsilə mərkəz və verilən nöqtələrdən birini seçməklə çevrəni çəkək.
6) Çevrə çəkildikdə avtomatik çevrənin tənliyi ekranda görünür.
Beləliklə, uzun hesablamalar aparmadan yalnız həndəsi fiqurların xassələrini tətbiq etməklə qarşılaşdığımız məsələni həll etmiş oluruq. Ətraflı şəkildə yuxarıda videoda izləyə bilərsiniz.

Proqramda hazırlanmış resursla aşağıdakı linkdə tanış ola bilərsiniz.
https://www.geogebra.org/
Bucağın tənböləninin pərgar vasitəsilə qurulması(VII sinif)
müəllif: Roza Qasımova   tarix:24.10.2016

Üçbucağın medianının geogebrada qurulması, xassələri(VII sinif)
müəllif: Roza Qasımova   tarix:20.09.2016

Geogebrada Pifaqor teoreminin isbatı (IX sinif)
müəllif: Roza Qasımova   tarix:18.09.2016

Комментариев нет:

Отправить комментарий