text

Riyaziyyat bütün elmlərin açarıdır. Riyaziyyat sahəsində son yeniliklər, sİniflər üzrə summativ testlər, açıq dərs nümunələri, dərs icmalları, abituriyent hazırlığı ilə bağlı materiallar və s. sayta yerləşdirilir.

Riyazi-tarix

KəsrKəsr» termininin yaranması haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələr göstərir ki, «kəsr» sözü «sınıq xətt» sözünün sonrakı dəyişdirilmiş formasıdır. Avropada orta əsrlərdə tətbiq olunan «sınıq» termini Əl-Xorəzminin «Hesab» kitabından götürülmüşdür. Bu termin «kəsr» sözü əvəzində işlədilirdi «qırmaq», «sındırmaq», «parçalamaq» s. mənaları verən ərəbcə «kəsərə» sözündən alınmışdır. Azərbaycan dilində isə «kəsr» sözü bir şeydən müəyyən qədər çatmadığı, onun normadan az olduğu kimi fikirləri ifadə edir
            
Adi kəsr (ərəb sözüdür)-vahidin hissəsinə ya vahidin bir neçə hissəsinə (paylarına
deyilir. Vahidin neçə bərabər hissəyə bölündüyünü göstərən ədəd kəsrin məxrəci, ondan götürülmüş hissələrin sayını göstərən ədəd isə kəsrin surəti adlanır. Burada işlənən «məxrəc» «surət» terminləri ərəb sözləridir.


Onluq kəsrlər-onluq kəsrlər adətən məxrəcsiz yazılır: əvvəl tam hissəni (tam hissə olmadıqda əvəzində sifir yazılır), sonra isə kəsr hissəsinin surətini yazırlar. Tam hissəni kəsr issəsinin surətindən vergül ilə ayırırlar. Bu halda kəsrin surəti elə yazılmalıdır ki, ondakı rəqəmlərin sayı məxrəcdəki sıfırların sayına bərabər olsun. Onluq kəsrləri birinci dəfə görkəmli Səmərqənd (indiki Özbəkistan) alimi Qiyasəddin Cəmşid Əl-Kaşi (XIV-XV) tətbiq etmişdir. Qiyasəddin onluq kəsrləri tətbiq edərkən vergül işlətməmişdir. O, tam hissəni kəsr hissədən ayırmaq üçün tam hissəni qara, kəsr hissəni isə qırmızı rənglə yazmış yaxud da sadəcə olaraq şaquli zətt çəkmişdir.  

Комментариев нет:

Отправить комментарий