text

Riyaziyyat bütün elmlərin açarıdır. Riyaziyyat sahəsində son yeniliklər, sİniflər üzrə summativ testlər, açıq dərs nümunələri, dərs icmalları, abituriyent hazırlığı ilə bağlı materiallar və s. sayta yerləşdirilir.

Riyaziyyatçı alimlər



Rene Dekart
Rene Dekart (1596-1650)- görkəmli fransız riyaziyyatçısı materialist və idealisti, fiziki və filosofudur. 1637-ci ildə çapdan çıxmış “Həndəsə” kitabına müsbət və mənfi ədədlər çoxluğunun həndəsi şərhini vermişdir. O, ədəd oxunu götürmüş, onun üzərində sıfır başlanğıc nöqtəsini qeyd edərək, ondan sağda duran nöqtələr çoxluğu ilə müsbət ədədləri, solda isə mənfi ədədləri göstərmişdir. R.Dekardın bu dahiyənə şərhi əsasında müsbət və mənfi ədədlər çoxluğunun təbiəti riyaziyyatçılara tam aşkar olmuşdur.
Dekart riyaziyyatdan və fəlsəfədən başqa, optika, kimya, fizika, anatomiya, embrologiya, tibb, astrologiya və meterologiya, hətta göy qurşağının öyrənilməsi sahəsində tədqiqat işi aparmışdır. O, yalnız insan ağlının qüdrətinə inanmış, zəkanın vəzifəsini insan təbiəti üzərindəki hökmranlığına, səbəb və hərəkətin dərk olunmasında, insanın təbiətini təkmilləşdirməkdə görmüşdür.
Dekartın müşahidələri nəticəsində yazdığı və fikirləşdiyi bütün məlumatlar, onun “Kainat” traktatında cəmlənmişdir.
Dekart 41 yaşında ikən “metod haqqında mühakimə” kitabını yazmış və bu kitab 1637-ci ildə ilyunun 8-də çap edilmişdir. Bununla da analitik həndəsə yaranmışdır və dütün dünyanın sərvətinə çevrilmişdir. Elmi və fəlsəfi fikirlərinə görə kilsə tərəfindən incildidiyinə görə Dekard 1649-cu ildə İsveçrənin Stokholm şəhərinə köçmüş və orada da vəfat etmişdir. Vəfatından 17 il keçdikdən sonra onun cənazəsi Parisə gətirilmiş və Panteonda (görkəmli xadimlərin basdırıldığı yer) basdırılmışdır.
Dekartın bizə gəlib çatmış əsərlərindən “Əqlin idarəsi üçün qaydalar”(1628), “İşıq haqqında traktat” (1633), “fəlsəfənin başlanğıcı”(1644), və başqalrını göstərmək olar. O, elmə ilk dəfə dəyişən kəmiyyət və funksiya anlayış larını da daxil etmişdir. Dekart bunların şərhini 1637-ci ildə çapdan çıxan “Həndəsə” kitabında vermişdir. F.Englis onun “dəyişən kəmiyyət” kəşfini “riyaziyyada dönüş nöqtəsi” adlandırmışdır. Dekart, qüvvələri bizim indi yazdığımız və s. kimi yazmağı, cəbri tənliklərin indiki şəklini (sağında sıfır yazmağı) göstərmiş və tənliyi müsbət və mənfi köklərin sayını təyin etmək üçün qayda vermişdir. P.Fermadan xəbərsiz koordinantlar üsulunu yaratmış və üçdərəcəli tənliyin kvadrat radikallarla həllini göstərmişdir.
Tsikloidin sahəsinə aid düstur çıxaran və loqarifmik funksiyanın xasələrini müəyyənləşdirən Dekart, ilk dəfə həqiqi ədədi ixtiyari parçanın vahid parçaya nisbəti (tərifi Nyutona məxsusdur), mənfi ədədi isə istiqamətlənmiş ordinant kimi şərh etmişdir. Üçtərtibli müstəvi əyrinin də tədqiqi tarixdə ilk dəfə Dekarta qismət olmuşdu. Bütün bunlar Dekartın riyaziyyata böyük şəxsiyyət kimi gəlməsinin timsalıdır.



Комментариев нет:

Отправить комментарий