Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş“Riyaziyyat fənni üzrə beynəlxalq qiymətləndirmə formatında meyarların hazırlanması” layihəsi
Layihə rəhbəri: 193 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi, elektron lövhə təlimçisi, AMEA İdarəetmə Sistemləri İnstitutunun doktorantı, Ehtiyat dərsliklər layihəsi, riyaziyyat dərsliyinin həmmüəllifi Günay Ələkbər qızı Hüseynzadə
Vəsaiti hazırlayan: BŞTİ, Təlimə Dəstək Mərkəzi. Bölmə müdiri Abdulla Qəhrəmanov
İbtidai
siniflərdə IV siniflərdə oxunun və qavramanın keyfiyyətini müəyyənləşdirən
PIRLS və Riyaziyyat və təbiət elmləri üzrə orta təhsilin keyfiyyətini müəyyənləşdirən
TIMSS kimi beynəlxalq qiymətləndirmələr Azərbaycanda müəyyən sualların cavablandırılmasında şagirdlərin çətinlik çəkdiyi
müşahidə edilir. Bir riyaziyyat müəllimi kimi məni TIMSS beynəlxalq qiymətləndirimənin
IV siniflər üçün nəticəsi maraqlandırırdı. TIMSS üzrə növbəti beynəlxalq qiymətləndirmənin
2019-cu ildə keçirilməsi gözlənilir. Bəs görəsən bizim məktəblər belə bir qiymətləndirilmənin
keçirilməsinə hazırdırlarmı? Məktəblərdə bu istiqamətdə işlər görülürmü?
Təqdim
edilən layihənin məqsədi Azərbaycanın ümumtəhsil məktəblərinin III siniflərində
summativ qiymətləndirmə və ya IV siniflərdə diaqnostik qiymətləndirmə aparmaq məqsədilə
Riyaziyyat fənni üzrə keyfiyyəti ölçə bilən qiymətləndirmə vasitələrinin tərtib
edilməsində istifadə ediləcək beynəlxalq qiymətləndirmə formatında meyarların
hazırlanması, bu meyarlar əsasında tərtib edilmiş tapşırıqların həlli prosesində şagirdlərin nəticələrinin müəyyən edilməsi olmuşdur.
Yeni fənn kurikulumlarında məzmun standartları ilə
yanaşı, III və IV siniflər üçün qiymətləndirmə standartları da öz əksini
tapmışdır. Həmin standartlar məzmun standartlarında ifadə edilmiş təlim nəticələrinə
şagirdlərin hansı səviyyədə nail olmalarını qiymətləndirməyə xidmət
edir. Düzdür, dünya təcrübəsinə uyğun surətdə qiymətləndirmənin 4 səviyyədə
aparılması təklif edilsə də (1 və 2-ci səviyyələr əksər şagirdlər, 3 və 4-cü səviyyələr
isə müvafiq olaraq istedadlı və daha istedadlı şagirdlər üçün nəzərdə tutulur)
bu standartlardan istifadə çox aşağı səviyyədədir. Etiraf etmək lazımdır ki, məzmun
standartlarının reallaşdırılma səviyyəsini əks etdirən bu cür qiymətləndirmə
standartlarının hazırlanması və tətbiqi sahəsində kifayət qədər səriştəyə malik
olmaq üçün daha ciddi çalışmaq, toplanmış təcrübəni daha da artırmaq tələb
olunur. Ona görə də ayrı-ayrı fənlər üzrə bu gün üçün müəyyən edilmiş qiymətləndirmə
standartlarının növbəti illərdə qismən dəyişdirilməsi, onların üzərində dəqiqləşdirmələr
aparılması təbii qəbul olunmalıdır.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi çox
geniş və əhatəli prosesdir. Bu proses, sadəcə, şagirdin nail olduğu təlim nəticələrinin
səviyyəsini müəyyənləşdirməyə deyil, bütövlükdə təhsilin keyfiyyətinin yüksəldilməsinə
xidmət edir. Başqa sözlə, qiymətləndirmə keyfiyyəti idarə edən mühüm bir amil
kimi meydana çıxır. Davamlı və dinamik xarakter daşıyan şagird nailiyyətlərinin
qiymətləndirilməsi prosesində şagirdlərin fəaliyyətlərinin daim nəzarətdə
saxlanması, onların irəliləyişlərinin, yaxud geriləmələrinin izlənilməsi və bu
məqsədlə monitorinqlərin aparılması ciddi tələb kimi qarşıya qoyulur. Məhz həmin
monitorinqlərin nəticələri təlim prosesinin optimal qurulması, müəllimlərin
işinin təkmilləşdirilməsi, habelə kurikulumlarda və dərsliklərdə zəruri dəyişikliklərin
olması haqqında müvafiq qərarlar qəbul etməyə imkan verir.
Avqust sentyabr aylarında layihə əsasında qiymətləndirmə meyarları və ondan istifadə
etmək üçün təlimat hazırlanmışdır. Ekspertiziya prosesində hazırlanmış
materialın uyğunluğunu yoxlanılmış, meyarlar əsasında III sinif səviyyəsində
test və situasiya tapşırıqları tərtib edilmişdir. Sentyabr ayının 2-ci dərs həftəsində
situasiya tapşırıqları TN və BŞTİ ilə razılaşdırılmış məktəblərdə IV siniflərdə
sınaqdan keçirililmişdir.
Bu məktəblər
aşağıdakılardır:
34 nömrəli tam orta məktəb
36 nömrəli tam orta
məktəb
129 nömrəli tam
orta məktəb
149 nömrəli tam
orta məktəb
193 nömrəli tam orta məktəb
214 nömrəli tam orta məktəb
Bundan başqa materialları Təlimə Dəstək Mərkəzinin resurslar bölməsinə də təqdim
etmişdik.
Təlimə Dəstək Mərkəzi
də məktubla bu monitorinqi könüllü keçirmək üçün 20-dək məktəbə müraciət
etmişdir. Məktəblərdə məktəb rəhbərliyi tərəfdən bu təklifə müsbət
yanaşılmışdır. Həmin məktəblərdə keçirilən və məlumat göndərilən monitoriqlər
haqqında da məlumat vəsaitə əlavə edilmişdir.
17 oktyabr 2018-ci il tarixində M. Şəhriyar adına 193 №-li tam orta məktəbin foyesində və akt zalında layihə çərçivəsində hazırlanmış materiallar və məktəblərdə keçirilmiş monitorinqin nəticələri təhsil ictimaiyyətinə, kütləvi informasiya vasitələrinə və digər maraqlı tərəflərə təqdim edilmişdir.
Bu vəsait pulsuz təhsil işçilərinin istifadəsinə verilir. Link aşağıda yerləşdirilmişdir.
Qrant layihə çərçivəsində hazırlanmış vəsaitin linki: Vəsait
Комментариев нет:
Отправить комментарий