Günay Hüseynzadə: “İndi müəllim artıq öyrədən deyil, öyrənməyin yollarını, necə öyrənməli olduqlarını şagirdlərə göstərəndir”
Bakıdakı 193 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi Günay Hüseynzadə yeni nəsil riyaziyyat dərsliklərinin həmmüəllifi, Riyaziyyat üzrə fəlsəfə doktoru və Azərbaycan Respublikasının“Qabaqcıl Təhsil İşçisi”dir.
Günay Hüseynzadə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Yaradıcı müəllim” müsabiqəsində “Riyaziyyatla inkişaf edən dünyaya inteqrasiya” mövzusu üzrə qalib olub.
Riyaziyyat fənninə maraq onda hələ orta məktəbdən başlayıb. Xəzər rayonu 117 nömrəli tam orta məktəbdə təhsil alarkən riyaziyyat fənnindən keçirilən müxtəlif müsabiqələrdə iştirak edib. Hər dəfə qazandığı uğurlar onu daha da ruhlandırıb. Nəticədə ali məktəbə qəbul imtahanlarında Xəzər rayonu üzrə ən yüksək nəticəni göstərib.
Riyaziyyat fənninə olan maraq onu elmi tədqiqat işləri ilə məşğul olmağa sövq edib. G.Hüseynzadə ali təhsilin ilk pilləsini bitirdikdən sonra təhsilini magistratura və doktorantura pilləsində davam etdirib. Elmi dərəcəsini alandan sonra 2020-ci ildən peşə fəaliyyətinə riyaziyyat üzrə fəlsəfə doktoru kimi başlayıb.
Günay Hüseynzadə:
- Bir müəllim kimi peşə fəaliyyətinə başladığım gündən hədəfim şagirdlərə riyaziyyat fənnini sevdirmək, riyaziyyatın hər yerdə olduğunu, öyrənməyin asanlığını göstərmək olub. Bəzən müəllimlər düşünürlər ki, müəyyən təcrübəyə malik olmaq şagirdlərə lazımi bilik və bacarıqları əldə etməsi üçün yetərlidir.
Məqalə üçün Azərbaycan müəllimi qəzetinə təşəkkür edirəm.
Ətraflı linkdə: https://muallim.edu.az/yaradicimuallim
Комментариев нет:
Отправить комментарий