text

Riyaziyyat bütün elmlərin açarıdır. Riyaziyyat sahəsində son yeniliklər, sİniflər üzrə summativ testlər, açıq dərs nümunələri, dərs icmalları, abituriyent hazırlığı ilə bağlı materiallar və s. sayta yerləşdirilir.

01.11.2016

2016-2017-ci tədris ilində şagirdlərin biliyinin qiymətləndirilməsində yenilik


Bu tədris ilindən şagirdlər attestatlarını yeni qaydalarla alacaqlar
2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyadan verilən məlumata görə, yeni qaydalar Təhsil Nazirliyi və TQDK əməkdaşlarından ibarət işçi qrup tərəfindən işlənib hazırlanıb, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sonuncu iclasında müzakirəyə təqdim olunub, Şura üzvlərinin rəy və fikirləri nəzərə alınıb.

10.09.2016

Riyaziyyat müəllimləri üçün resurs bazasına yeni resurslar əlavə edilir..
Təhsil portalına tez-tez yeni resurslar əlavə edilir. Portaldakı yeniliklərlə (Riyaziyyat)  tanış olmaq üçün  http://portal.edu.az/ daxil ola bilərsiniz.  Bu resurslar interaktiv tapşırıqlarla işləmək imkanı olan riyaziyyyat müəllimləri üçün əvəzedilməz resurslardır. 
E- RESURSLAR bölməsində Təhsil Nazirliyinin portalında olan resurslar nizamlı şəkildə siniflər üzrə yerləşdirilir.

07.07.2016

"İzmir-Bakı Riyaziyyatın təhsili qardaşlıq körpüsü" layihəsi
Bakı Şəhər Təhsil İdarəsi,  İzmir  Milli Təhsil Müdirliyinin və Magit (Matematiksel güç və İnnovatif tasarım )dərnəyinin təşkilatçılığı ilə Təhsilin püşəkar inkişafı institutunda 23.06.16 - 29.06.16 tarixlərində "İzmir-Bakı Riyaziyyatın təhsili qardaşlıq körpüsü" layihəsi çərçivəsində təlim keçirildi.  Təlimdə müsahibədən keçmiş, seçilən  müəllimlər iştirak etdi. Təlim prosesində Türkiyədən gələn Uğur Çetinkaya  Riyazi modelləmə, onun üstünlükləri, tətbiq sahələri haqqında geniş məlumat verildi. Bununla yanaşı Geogebra proqramı, onun  Riyaziyyatin tədrisində istifadə qaydalarından bəhs etdi. Proqramın köməyilə bir neçə gündəlik həyatda qarşılaşdığımız məsələlər həll edildi. Bahadur Furkan Sönməzin hazırladığı maraqlı qrup işi vasitəsilə gəlinciklərdən istifadə etməklə verilən məsələni araşdırdıq, həllini Geogebra proqramında yazmaqla müzakirə etdik. Təlimdə iştirak edən bir riyaziyyat müəllimi olaraq, deyə bilərəm ki, təlim çox maraqlı keçdi, yeni məlumatlar əldə etdim. Qəzetdən stul hazırlamağın mümkün olduğunu desəydilər, bir qədər şübhə edərdim, lakin bu təlimdə biz müəllimlər qəzetdən stul hazırladıq. Anladım ki, bəzən mümkünsüz düşündüyümüzün mümkün ola biləcəyinə inanıb uğrunda mübarizə aparmaq lazımdır. Beləliklə, özüm üçün məktəbdə riyaziyyatın tədrisində yeni bir yol açmağı qərara aldım. İnanıram ki, bu təlim davamlı olacaq və riyaziyyatın tədrisinin inkişafına töhvəsini verəcək. Təlimi təşkil edən təşkilatçılara eləcə də, Türkiyədən gəlib bu təlimi keçən müəllimlərə Uğur Çetinkaya, Bahadur Furkan Sönməz, İsmail Saba müəllimə təlimdə iştirak edən müəllimlər adından dərin təşəkkürümü bildirirəm. 


Təlimlə bağlı müəllimlərin fikirləri

Roza Qasımova: Nə zamansa qəzetdən stul hazırlanması haqqında düşünmüsünüzmü? Yox? Biz də düşünməmişdik. Təlimin 3-cü, sonuncu günü Bahadır hocanın tapşırığı bu oldu:~ Stul düzəltməli və dayanıqlılığını ölçməli. Yenə də maraqlı, gərgin, amma çox zövq aldığımız bir təlim günümüz keçdi. Bütün təşkilatçılara və Türkiyədən bu təlimə xüsusi həvəslə hazırlaşıb gələn əziz hocalarımız Uğur Çetinkaya, Bahadır Furkan Sönmez və İsmayil hocaya dərin təşəkkürlərimizi bildiririk! Var olun!


İlahə Məmmədova:TəHSIL NAZIRLIYI, BAKI ŞƏHƏR TƏHSİL İDARƏSİ, tƏHSİL İŞÇİLƏRİNİN pEŞƏKAR INKISAF INSTITUTUNUN TURKIYE CÜMHURIYYETININ MAGIT DERNEYI ile birge hazirladığı yeni bir layihənin təlimləri başa catdı.Zəhməti keçən hər kəsə tək-tək təşəkkür edirəm. .Inwallah bizi seçənlərin etimadını doğruldarıq.





07.05.2016

Olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaqla, onların məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin  formalaşmasına,  diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərmək məqsədi ilə təşkil olunub.
İki mərhələdən ibarət olmaqla həyata keçirilən olimpiadanın ilk mərhələsinə şagirdlər öz məktəblərində qatılıb. Onlar məntiqi təfəkkürün bədii, mücərrəd və verbal sahələrini əhatə edən sualları cavablandırıb.
Azərbaycan müəllimi qəzetində məqaləm.
Elm və texnikanın sürətlə inkişaf etdiyi müasir dövrdə müəllim də yeni texnologiyalardan istifadə etmək bacarıqlarına yiyələnməlidir. Əgər biz bu gün şagirdləri dünənki kimi öyrədiriksə, deməli onların gələcəyini oğurlayırıq. XXI əsr yüksək kompüter texnologiyaları əsridir. Müasir təlim metodları ənənəvi təlim üsullarından fərqlənir. Dünya təcrübəsi göstərir ki, texnologiyalar müasir tədrisdə mühüm rol oynayır.
Müasir tədris və təlim müəllimdən əyanilik və bununla yanaşı dərsə emosionallıq və rəngarənglik qatmağı tələb edir. Qeyd etdiyimiz meyarlara əsaslanan fəal təlimin təşkilində Promethean interaktiv lövhələri müəllimin əvəzolunmaz köməkçisidir. Activİnspire proqramında hazırlanmış resurs müəllimin dərsinə rəngarənglik qatır, əyaniliyi təmin edir.  Fəal-interaktiv təlimin tələblərinə uyğun dərsin təşkili prosesini asanlaşdırır. Dünya statistikasına nəzər salsaq, görərik ki, ən keyfiyyətli dərslərdə nəzəriyyəyə nisbətən təcrübəyə daha çox üstünlük verilir. Bu lövhələr biliklərin təcrübə əsasında qazanılmasına zəmin yaradır.
Promethean interaktiv lövhələrində hazırlanmış elektron dərs  şagirdin diqqətini cəmləməyə imkan verir, qavrama qabiliyyətini artırır.  Bu lövhələrin digər lövhələrdən üstün cəhəti iki interfeyzinin olmasıdır. İbtidai siniflər üçün nəzərdə tutulmuş  Activ primary interfeyzi şagirdin özünü sanki sehrli bir  aləmdə hiss etməyə sövq edir. Bununla da dərsə daha böyük maraq, rəngarənglik qataraq effektivliyi artırır.
Promethean interaktiv lövhələrindən istifadə edən müəllim təlim prosesində əlavə vasitələrə çox az müraciət edir.  Artıq təlimdə plakatlardan, stikerlərdən, rəngli markerlərdən və əlavə silgidən istifadəyə ehtiyac qalmır. Bütün bu imkanlar hamısı Activinspire proqramının daxilində nəzərə alınmışdır. Bu lövhə vasitəsilə müəllim əyanilik üçün şagirdə keçəcəyi mövzunu əhatə edən şəkillər, səs faylları, videoçarxlar  təqdim edə bilər. Promethean interaktiv lövhələri xüsusi imkanlara malikdir. Bu imkanlardan biri də riyazi alətlərin proqram daxilində istifadə olunmasıdır. Ehtiyac duyulduğu anda riyazi alətlər - transportir,  pərgar, xətkeş asanlıqla lövhəyə gətirilə və dərs prosesində istifadə oluna bilir. Bu alətlərin obyektlərin, şəkillərin ölçüsünü böyütməklə hətta arxa sıralarda əyləşən şagirdlərin dərsdə aktivliyini, diqqətinin cəmlənməsini təmin etmək olar. Promethean lövhələrinin imkanları bununla bitmir, əlavə funksiyalardan istifadə etməklə müəllim fasilitator rolunu oynayaraq istiqamətləndirici olub şagirdin tədqiqatçı olmasına şərait yarada bilər. Məsələn, sehirli qələm, konteyner, gizlilik kimi funksiyalar şagirdin araşdırma nəticəsində doğru cavab tapmasına kömək edir. Bununla da şagird təkcə cavabın tapılması deyil, eləcə də problemin tədqiqi prosesində iştirak etdiyi üçün onu daha yaxşı anlayır və yadda saxlayır.

Davamı üçün linkə daxil olun. Azərbaycan müəllimi qəzetində məqaləm.

Riyaziyyat fənnindən "Həndəsi fiqurlar haqqında nə öyrəndik?"adlı hesabat dərsi

193 nömrəli tam orta məktəb
Bugünkü dərsimiz gündəlik dərslərdən fərqli oldu, Şagirdlər 6cı sinifdə keçdikləri həndəsi fiqurların hesabatını verdilər. Sinif 1gün öncə 3qrupa bölündü, mövzuların adları təsadüfi seçilərək şagirdlərə bildirildi, hər qrup layihə lideri seçdi, o şagirdlər arasında görüləcək işləri bölüşdürdü. Şagirdlərə layihə işindəki fəallığına görə qiymətləndiriləcəyini, riyaziyyatdan zəif olan şagirdlərə bunun onlar üçün bir şans olduğunu, layihə işində fəal olarsa, daha yaxşı qiymət ala biləcəyini dedikdə bu şagirdlərin də görəcəyi işə marağı artdı, bugün şagirdlər araşdırıb tapdıqları materialları verilən zaman ərzində sistemli şəkildə yerləşdirib hazırladıqları layihəni təqdim etdilər.





193 nömrəli tam orta məktəb. Açıq dərsdən görüntülər.

Ənənəvi dərslə fəal dərs arasında fərqin qısa izahı

2015-ci il 12-14 avqust tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Elabuqa şəhərində VI Beynəlxalq Müəllimlər Festivalında təqdim etdiyim kiçik videoçarx