Bakı Şəhər Təhsil İdarəsi, İzmir Milli Təhsil Müdirliyinin və Magit (Matematiksel güç və İnnovatif tasarım )dərnəyinin təşkilatçılığı ilə Təhsilin püşəkar inkişafı institutunda 23.06.16 - 29.06.16 tarixlərində "İzmir-Bakı Riyaziyyatın təhsili qardaşlıq körpüsü" layihəsi çərçivəsində təlim keçirildi. Təlimdə müsahibədən keçmiş, seçilən müəllimlər iştirak etdi. Təlim prosesində Türkiyədən gələn Uğur Çetinkaya Riyazi modelləmə, onun üstünlükləri, tətbiq sahələri haqqında geniş məlumat verildi. Bununla yanaşı Geogebra proqramı, onun Riyaziyyatin tədrisində istifadə qaydalarından bəhs etdi. Proqramın köməyilə bir neçə gündəlik həyatda qarşılaşdığımız məsələlər həll edildi. Bahadur Furkan Sönməzin hazırladığı maraqlı qrup işi vasitəsilə gəlinciklərdən istifadə etməklə verilən məsələni araşdırdıq, həllini Geogebra proqramında yazmaqla müzakirə etdik. Təlimdə iştirak edən bir riyaziyyat müəllimi olaraq, deyə bilərəm ki, təlim çox maraqlı keçdi, yeni məlumatlar əldə etdim. Qəzetdən stul hazırlamağın mümkün olduğunu desəydilər, bir qədər şübhə edərdim, lakin bu təlimdə biz müəllimlər qəzetdən stul hazırladıq. Anladım ki, bəzən mümkünsüz düşündüyümüzün mümkün ola biləcəyinə inanıb uğrunda mübarizə aparmaq lazımdır. Beləliklə, özüm üçün məktəbdə riyaziyyatın tədrisində yeni bir yol açmağı qərara aldım. İnanıram ki, bu təlim davamlı olacaq və riyaziyyatın tədrisinin inkişafına töhvəsini verəcək. Təlimi təşkil edən təşkilatçılara eləcə də, Türkiyədən gəlib bu təlimi keçən müəllimlərə Uğur Çetinkaya, Bahadur Furkan Sönməz, İsmail Saba müəllimə təlimdə iştirak edən müəllimlər adından dərin təşəkkürümü bildirirəm.
Roza Qasımova: Nə zamansa qəzetdən stul hazırlanması haqqında düşünmüsünüzmü? Yox? Biz də düşünməmişdik. Təlimin 3-cü, sonuncu günü Bahadır hocanın tapşırığı bu oldu:~ Stul düzəltməli və dayanıqlılığını ölçməli. Yenə də maraqlı, gərgin, amma çox zövq aldığımız bir təlim günümüz keçdi. Bütün təşkilatçılara və Türkiyədən bu təlimə xüsusi həvəslə hazırlaşıb gələn əziz hocalarımız Uğur Çetinkaya, Bahadır Furkan Sönmez və İsmayil hocaya dərin təşəkkürlərimizi bildiririk! Var olun!
Təlimlə bağlı müəllimlərin fikirləri

Комментариев нет:
Отправить комментарий