text

Riyaziyyat bütün elmlərin açarıdır. Riyaziyyat sahəsində son yeniliklər, sİniflər üzrə summativ testlər, açıq dərs nümunələri, dərs icmalları, abituriyent hazırlığı ilə bağlı materiallar və s. sayta yerləşdirilir.

10.05.2024

“Yaradıcı müəllim” müsabiqəsinin qalibinin uğur hekayəsi

Günay Hüseynzadə: “İndi müəllim artıq öyrədən deyil, öyrənməyin yollarını, necə öyrənməli olduqlarını şagirdlərə göstərəndir”

Bakıdakı 193 nömrəli tam orta məktəbin riyaziyyat  və informatika müəllimi Günay Hüseynzadə yeni nəsil riyaziyyat dərsliklərinin həmmüəllifi, Riyaziyyat üzrə fəlsəfə doktoru və Azərbaycan Respublikasının“Qabaqcıl Təhsil İşçisi”dir.

Günay Hüseynzadə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Yaradıcı müəllim” müsabiqəsində “Riyaziyyatla inkişaf edən dünyaya inteqrasiya” mövzusu üzrə qalib olub. 

 

Riyaziyyat fənninə maraq onda hələ orta məktəbdən başlayıb. Xəzər rayonu 117 nömrəli tam orta məktəbdə təhsil alarkən riyaziyyat fənnindən keçirilən müxtəlif müsabiqələrdə iştirak edib. Hər dəfə qazandığı uğurlar onu daha da ruhlandırıb. Nəticədə ali məktəbə qəbul imtahanlarında Xəzər rayonu üzrə ən yüksək nəticəni göstərib.

 

Riyaziyyat fənninə olan maraq onu elmi tədqiqat işləri ilə məşğul olmağa sövq edib. G.Hüseynzadə ali təhsilin ilk pilləsini bitirdikdən sonra təhsilini magistratura və doktorantura pilləsində davam etdirib. Elmi dərəcəsini alandan sonra 2020-ci ildən peşə fəaliyyətinə riyaziyyat üzrə fəlsəfə doktoru kimi  başlayıb.

 

Günay Hüseynzadə:

- Bir müəllim kimi peşə fəaliyyətinə başladığım gündən hədəfim şagirdlərə riyaziyyat fənnini sevdirmək, riyaziyyatın hər yerdə olduğunu, öyrənməyin asanlığını göstərmək olub. Bəzən müəllimlər düşünürlər ki, müəyyən təcrübəyə malik olmaq şagirdlərə lazımi bilik və bacarıqları əldə etməsi üçün yetərlidir.

Məqalə üçün Azərbaycan müəllimi qəzetinə təşəkkür edirəm. 

Ətraflı linkdə: https://muallim.edu.az/yaradicimuallim

IV və VI siniflər üzrə monitorinq çərçivə sənədi


Azərbaycan Respublikasının Təhsil İnstitutu 2024-cü ilin may ayında keçiriləcək IV sinifdə təhsil alan şagirdlərin tədris dili və riyaziyyat, VI sinifdə təhsil alan şagirdlərin tədris dili, riyaziyyat və təbiət fənləri üzrə səriştə əsaslı monitorinqinin çərçivəsini təqdim edir.


Qeyd edək ki, monitorinqlər IV sinifdə təhsil alan şagirdlərlə növbəti dəfə, VI sinifdə təhsil alan şagirdlərlə isə ilk dəfə keçirilir.

Müvafiq keçidə daxil olmaqla çərçivə sənədi ilə tanış ola bilərsiniz: 

Təhsilverənlərin sertifikatlaşdırma prosesi 2024

 


“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydası “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublkası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.

Ətraflı məlumatı Azərbaycan Respublikası Təhsil İnstitutunun saytından əldə edə bilərsiniz. https://arti.edu.az/sertifikasiya/