text

Riyaziyyat bütün elmlərin açarıdır. Riyaziyyat sahəsində son yeniliklər, sİniflər üzrə summativ testlər, açıq dərs nümunələri, dərs icmalları, abituriyent hazırlığı ilə bağlı materiallar və s. sayta yerləşdirilir.

31.08.2018



Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi

" Riyaziyyat fənni üzrə beynəlxalq qiymətləndirmə formatında meyarların hazırlanması“ layihəsi

Layihənin məqsədi və layihə çərçivəsində görülən işlər haqqında qısa məlumat:
TIMSS üzrə növbəti beynəlxalq qiymətləndirmənin 2019-cu ildə keçirilməsi gözlənilir. Bəs görəsən bizim məktəblər belə bir qiymətləndirilmənin keçirilməsinə hazırdırmı? Məktəblərdə bu istiqamətdə hansı işlər görülür? 
Təqdim olunan layihənin məqsədi III sinfin sonunda qiymətləndirmə aparmaq üçün riyaziyyat fənni üzrə keyfiyyəti ölçə bilən qiymətləndirmə vasitələrinin hazırlanmasında istifadə ediləcək beynəlxalq qiymətləndirmə formatında meyarların hazırlanmasıdır. Bu III sinfin sonunda TIMSS formatında riyaziyyat fənni üzrə məktəbdaxili monitorinqin keçirilməsinə xidmət edir. Hazırlanmış tapşırıqlar IV sinfin əvvəlində diaqnostik qiymətləndirmə aparmaq üçün də məqsədəuyğundur. IV sinfin əvvəlində bu cür qiymətləndirmə aparmaqla şagirdlərin TİMSS
üzrə beynəlxalq qiymətləndirməyə hazırlıq səviyyəsini müəyyən etmək olar. Daha yaxşı nəticə əldə etmək, ilin sonuna qədər müvafiq tədbirləri görmək üçün keyfiyyəti ölçə bilən qiymətləndirmə vasitələri əsasında əldə edilən nəticələr zəruridir. 
Layihədə nəzərdə tutulan qiymətləndirmə meyarları və ondan istifadə etmək üçün təlimatın ilkin variantı hazırlanmışdır. Hal-hazırda ekspertiziya prosesində hazırlanmış materialın uyğunluğunu yoxlanılır və material əsasında sınaq üçün qiymətləndirmə vasitələri hazırlanır.
Layihə çərçivəsində görüləcək işlər icra qrafikinə uyğun olaraq yerinə yetirilir.

1 комментарий: