Modelləmə üsulu və onun tədrisdə tətbiqi
Elnarə Məmmədova, pedaqogika üzrə fəlsəfə doktoru
Səbinə Ağayeva,
riyaziyyat üzrə fəlsəfə doktoru
Qloballaşan dünyada qarşıda duran vəzifələrdən
biri də hər ölkədə təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin
yaradılmasıdır. Təsadüfi deyildir ki, son illərdə təhsilin keyfiyyətinin yüksəldilməsi
məsələsi daha həssas bir mövzuya çevrilmişdir. Bu gün təhsilin keyfiyyəti cəmiyyətin inkişafı ilə bilavasitə
əlaqədardır. Bütün direktiv sənədlərdə təhsildə yüksək keyfiy-yətə nail olmaq
başlıca məqsəd kimi götürülür. Təhsilin
keyfiyyətinin yüksəldilməsi məsələsində əsas istiqamətlərdən biri məktəbdə tədris prosesində
inkişafetdirici effektə nail
olmaq üçün müvafiq model və
yanaşmaların işlənib hazırlanması ilə bağlıdır.
Həm də bu modellər onun bütöv və
sistemli şəkildə inkişafını təmin etməlidir.
Müasir qloballaşan dünyada təhsildə
yaranan nailiyyətə sahib olmaq üçün təkcə milli qiymətləndirmə çərçivəsində
qalmaq olmaz. Doğrudan da, ölkəmizdə təhsili cəmiyyətdə müəyyənləşdirmək üçün
hökmən Beynəlxalq qiymətləndirmədə arzuolunan nəticələrə çatmağa ehtiyac hiss olunur. Çünki beynəlxalq qiymətləndirmənin
sualları məhz model şəklində təqdim olunur. Başqa sözlə, onlar bütünlüklə
şagirdlərin həyatla bağlı təsəvvürlərini həm yoxlayır, həm də inkişaf etdirir.
Bu isə onların gələcəkdə həyata daha çox hazır olaraq texnologiya məsələləri ilə bağlı sahələrdə yüksək faydalılığı ilə müşayiət
olunur. Deməli, riyaziyyat dərslərində yeni modelləmə üsulunun tətbiqi ölkənin
ümumi inkişaf səviyyəsinin yüksəlməsi ilə nəticələnə bilər. Nəhayət, təhsilə
düzgün yanaşma–cəmiyyətə daha çox fayda verə biləcək kadrların yetişməsi və
bununla da ölkənin ümumi
inkişaf səviyyəsinin yüksəlməsi ilə nəticələnər.