text

Riyaziyyat bütün elmlərin açarıdır. Riyaziyyat sahəsində son yeniliklər, sİniflər üzrə summativ testlər, açıq dərs nümunələri, dərs icmalları, abituriyent hazırlığı ilə bağlı materiallar və s. sayta yerləşdirilir.

10.05.2024

“Yaradıcı müəllim” müsabiqəsinin qalibinin uğur hekayəsi

Günay Hüseynzadə: “İndi müəllim artıq öyrədən deyil, öyrənməyin yollarını, necə öyrənməli olduqlarını şagirdlərə göstərəndir”

Bakıdakı 193 nömrəli tam orta məktəbin riyaziyyat  və informatika müəllimi Günay Hüseynzadə yeni nəsil riyaziyyat dərsliklərinin həmmüəllifi, Riyaziyyat üzrə fəlsəfə doktoru və Azərbaycan Respublikasının“Qabaqcıl Təhsil İşçisi”dir.

Günay Hüseynzadə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Yaradıcı müəllim” müsabiqəsində “Riyaziyyatla inkişaf edən dünyaya inteqrasiya” mövzusu üzrə qalib olub. 

 

Riyaziyyat fənninə maraq onda hələ orta məktəbdən başlayıb. Xəzər rayonu 117 nömrəli tam orta məktəbdə təhsil alarkən riyaziyyat fənnindən keçirilən müxtəlif müsabiqələrdə iştirak edib. Hər dəfə qazandığı uğurlar onu daha da ruhlandırıb. Nəticədə ali məktəbə qəbul imtahanlarında Xəzər rayonu üzrə ən yüksək nəticəni göstərib.

 

Riyaziyyat fənninə olan maraq onu elmi tədqiqat işləri ilə məşğul olmağa sövq edib. G.Hüseynzadə ali təhsilin ilk pilləsini bitirdikdən sonra təhsilini magistratura və doktorantura pilləsində davam etdirib. Elmi dərəcəsini alandan sonra 2020-ci ildən peşə fəaliyyətinə riyaziyyat üzrə fəlsəfə doktoru kimi  başlayıb.

 

Günay Hüseynzadə:

- Bir müəllim kimi peşə fəaliyyətinə başladığım gündən hədəfim şagirdlərə riyaziyyat fənnini sevdirmək, riyaziyyatın hər yerdə olduğunu, öyrənməyin asanlığını göstərmək olub. Bəzən müəllimlər düşünürlər ki, müəyyən təcrübəyə malik olmaq şagirdlərə lazımi bilik və bacarıqları əldə etməsi üçün yetərlidir.

Məqalə üçün Azərbaycan müəllimi qəzetinə təşəkkür edirəm. 

Ətraflı linkdə: https://muallim.edu.az/yaradicimuallim

IV və VI siniflər üzrə monitorinq çərçivə sənədi


Azərbaycan Respublikasının Təhsil İnstitutu 2024-cü ilin may ayında keçiriləcək IV sinifdə təhsil alan şagirdlərin tədris dili və riyaziyyat, VI sinifdə təhsil alan şagirdlərin tədris dili, riyaziyyat və təbiət fənləri üzrə səriştə əsaslı monitorinqinin çərçivəsini təqdim edir.


Qeyd edək ki, monitorinqlər IV sinifdə təhsil alan şagirdlərlə növbəti dəfə, VI sinifdə təhsil alan şagirdlərlə isə ilk dəfə keçirilir.

Müvafiq keçidə daxil olmaqla çərçivə sənədi ilə tanış ola bilərsiniz: 

Təhsilverənlərin sertifikatlaşdırma prosesi 2024

 


“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydası “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublkası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.

Ətraflı məlumatı Azərbaycan Respublikası Təhsil İnstitutunun saytından əldə edə bilərsiniz. https://arti.edu.az/sertifikasiya/

18.09.2022

 2022-2023-cü  tədris ili üçün sayta əlavə edilən ilk resurslar haqqında


Riyaziyyat müəllimləri üçün resurs bazasına 2021-2022-ci tədris ili üçün Təlimə Dəstək Mərkəzi ( TDM) tərəfindən hazırlanmış 5-11-ci sinif riyaziyyat fənni üzrə perspektiv planlaşdırma nümunələrinin linki (Azərbaycan bölməsi) əlavə edilmişdir. 

Buraxılış imtahanı bölməsinə 9 və 11-ci siniflər üçün nəzərdə tutulan sınaqların linkləri əlavə edilmişdir. Ümid edirik ki, bu sınaqlar şagirdlərə biliklərini yoxlamaq üçün kömək olacaq. 

Məlumat üçün bildirim ki, saytda riyaziyyat sahəsində son yeniliklər, siniflər üzrə summativ testlər, açıq dərs nümunələri, dərs icmalları, 9-cu siniflər üçün sınaqlar, buraxılış və qəbul imtahanlarına hazırlıq ilə bağlı materiallar və s. yerləşdirilir. Sayt mütəmadi olaraq yenilənir. Saytda Fayllar, Buraxılış imtahanı və digər bölmələrdə müəllimlər üçün resurslar yükləməyə açıqdır. Hər kəs yükləyib tədris prosesində faydalana bilər. Əməkdaşlıq edən bütün müəllimlərə təşəkkür edirəm. Digər riyaziyyat müəllimlərini də əməkdaşlığa dəvət edirəm. Gəlin bildiklərimizi, hazırladığımız resursları paylaşaq və təcrübədən faydalanmaq üçün şərait yaradaq. 


22.03.2020

 Online tədris üçün resurs (IX və Xsinif)

Onlayn tədrisə dəstək olmaq məqsədilə 9-10-cu sinif şagirdləri üçün hazırlanmış resurs toplusu Fayllar bölməsinə yerləşdirilmişdir.
Burada mövzular 23 mart - 17 aprel tarixləri həftəiçi günləri (istirahət günləri nəzərə alınmaqla) əhatə etməklə qruplaşdırılmışdır.
Hər mövzuya uyğun gündəlik tapşırıqlar yazılmışdır. Əsas məqsəd öyrənmək deyil, öyrəndiklərini təkrar etməkdir.
Tapşırıqların həllində çətinlik çəkən şagirdlər üçün kömək məqsədilə mövzuya uyğun linklər yerləşdirilmişdir. Bu linklərdəki video izahları hazırlayan hər bir müəllimə təşəkkür edirik. 
Gündəlik tapşırıqlar whatsapp qrupunda müzakirə edilir. Həllərlə bağlı səsli izahlar verilir. Qrupa qoşulmaq istəyən şagirdllər ghuseynzade1985@gmail.com ünvanına yazaraq müraciət edə bilər. Şagirdlərin təhsilinə dəstək üçün əlimizdən gələni etməyə hazırıq.

12.09.2019

Riyaziyyat müəllimləri üçün resurs bazasına 2019-2020-ci tədris ili üçün 5-11-ci sinif perspektiv planlaşdırmalar (Azərbaycan bölməsi) əlavə edilmişdir. 
Məlumat üçün bildirim ki, saytda riyaziyyat sahəsində son yeniliklər, sİniflər üzrə summativ testlər, açıq dərs nümunələri, dərs icmalları, 9-cu siniflər üçün sınaqlar, abituriyent hazırlığı ilə bağlı materiallar və s. yerləşdirilir. Sayt mütəmadi olaraq yenilənir. Saytda Fayllar bölməsində müəllimlər üçün resurslar yükləməyə açıqdır. Hər kəs yükləyib tədris prosesində faydalana bilər. Əməkdaşlıq edən bütün müəllimlərə təşəkkür edirəm. Digər riyaziyyat müəllimlərini də əməkdaşlığa dəvət edirəm. Gəlin bildiklərimizi, hazırladığımız resursları paylaşaq və təcrübədən faydalanmaq üçün şərait yaradaq. 

18.11.2018

Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuşRiyaziyyat fənni üzrə beynəlxalq qiymətləndirmə formatında meyarların hazırlanması” layihəsi


Layihə rəhbəri:  193 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi, elektron lövhə təlimçisi, AMEA İdarəetmə Sistemləri İnstitutunun doktorantı, Ehtiyat dərsliklər layihəsi, riyaziyyat dərsliyinin həmmüəllifi Günay Ələkbər qızı Hüseynzadə
Vəsaiti hazırlayan: BŞTİ, Təlimə Dəstək Mərkəzi. Bölmə müdiri Abdulla Qəhrəmanov

 Bugün qarşıda duran vəzifələrdən biri təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılmasıdır. Təsadüfi deyil ki, son illərdə təhsilin keyfiyyətinin yüksəldilməsi məsələsi daha həssas bir mövzuya çevrilmişdir. Hörmətli prezidentimizin təhsilin inkişafına verdiyi dəyər göz önündədir. Bu gün təhsilin  keyfiyyəti cəmiyyətin inkişafı ilə bilavasitə əlaqədardır. Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müxtəlif işlər görülmüşdür. Beynəlxalq qiymətləndirmələr ilə bağlı müxtəlif layihələr həyata keçirilmişdir. 

İbtidai siniflərdə IV siniflərdə oxunun və qavramanın keyfiyyətini müəyyənləşdirən PIRLS və Riyaziyyat və təbiət elmləri üzrə orta təhsilin keyfiyyətini müəyyənləşdirən TIMSS kimi beynəlxalq qiymətləndirmələr Azərbaycanda müəyyən sualların cavablandırılmasında şagirdlərin çətinlik çəkdiyi müşahidə edilir. Bir riyaziyyat müəllimi kimi məni TIMSS beynəlxalq qiymətləndirimənin IV siniflər üçün nəticəsi maraqlandırırdı. TIMSS üzrə növbəti beynəlxalq qiymətləndirmənin 2019-cu ildə keçirilməsi gözlənilir. Bəs görəsən bizim məktəblər belə bir qiymətləndirilmənin keçirilməsinə hazırdırlarmı? Məktəblərdə bu istiqamətdə işlər görülürmü?

Qrant layihə 2018 bölməsinə daxil olub layihə ilə bağlı geniş məlumat əldə edə bilərsiniz. Bölmənin sonunda vəsaitin yükləmə linki yerləşdirilmişdir.