text

Riyaziyyat bütün elmlərin açarıdır. Riyaziyyat sahəsində son yeniliklər, sİniflər üzrə summativ testlər, açıq dərs nümunələri, dərs icmalları, abituriyent hazırlığı ilə bağlı materiallar və s. sayta yerləşdirilir.

07.05.2016

Olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaqla, onların məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin  formalaşmasına,  diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərmək məqsədi ilə təşkil olunub.
İki mərhələdən ibarət olmaqla həyata keçirilən olimpiadanın ilk mərhələsinə şagirdlər öz məktəblərində qatılıb. Onlar məntiqi təfəkkürün bədii, mücərrəd və verbal sahələrini əhatə edən sualları cavablandırıb.
Azərbaycan müəllimi qəzetində məqaləm.
Elm və texnikanın sürətlə inkişaf etdiyi müasir dövrdə müəllim də yeni texnologiyalardan istifadə etmək bacarıqlarına yiyələnməlidir. Əgər biz bu gün şagirdləri dünənki kimi öyrədiriksə, deməli onların gələcəyini oğurlayırıq. XXI əsr yüksək kompüter texnologiyaları əsridir. Müasir təlim metodları ənənəvi təlim üsullarından fərqlənir. Dünya təcrübəsi göstərir ki, texnologiyalar müasir tədrisdə mühüm rol oynayır.
Müasir tədris və təlim müəllimdən əyanilik və bununla yanaşı dərsə emosionallıq və rəngarənglik qatmağı tələb edir. Qeyd etdiyimiz meyarlara əsaslanan fəal təlimin təşkilində Promethean interaktiv lövhələri müəllimin əvəzolunmaz köməkçisidir. Activİnspire proqramında hazırlanmış resurs müəllimin dərsinə rəngarənglik qatır, əyaniliyi təmin edir.  Fəal-interaktiv təlimin tələblərinə uyğun dərsin təşkili prosesini asanlaşdırır. Dünya statistikasına nəzər salsaq, görərik ki, ən keyfiyyətli dərslərdə nəzəriyyəyə nisbətən təcrübəyə daha çox üstünlük verilir. Bu lövhələr biliklərin təcrübə əsasında qazanılmasına zəmin yaradır.
Promethean interaktiv lövhələrində hazırlanmış elektron dərs  şagirdin diqqətini cəmləməyə imkan verir, qavrama qabiliyyətini artırır.  Bu lövhələrin digər lövhələrdən üstün cəhəti iki interfeyzinin olmasıdır. İbtidai siniflər üçün nəzərdə tutulmuş  Activ primary interfeyzi şagirdin özünü sanki sehrli bir  aləmdə hiss etməyə sövq edir. Bununla da dərsə daha böyük maraq, rəngarənglik qataraq effektivliyi artırır.
Promethean interaktiv lövhələrindən istifadə edən müəllim təlim prosesində əlavə vasitələrə çox az müraciət edir.  Artıq təlimdə plakatlardan, stikerlərdən, rəngli markerlərdən və əlavə silgidən istifadəyə ehtiyac qalmır. Bütün bu imkanlar hamısı Activinspire proqramının daxilində nəzərə alınmışdır. Bu lövhə vasitəsilə müəllim əyanilik üçün şagirdə keçəcəyi mövzunu əhatə edən şəkillər, səs faylları, videoçarxlar  təqdim edə bilər. Promethean interaktiv lövhələri xüsusi imkanlara malikdir. Bu imkanlardan biri də riyazi alətlərin proqram daxilində istifadə olunmasıdır. Ehtiyac duyulduğu anda riyazi alətlər - transportir,  pərgar, xətkeş asanlıqla lövhəyə gətirilə və dərs prosesində istifadə oluna bilir. Bu alətlərin obyektlərin, şəkillərin ölçüsünü böyütməklə hətta arxa sıralarda əyləşən şagirdlərin dərsdə aktivliyini, diqqətinin cəmlənməsini təmin etmək olar. Promethean lövhələrinin imkanları bununla bitmir, əlavə funksiyalardan istifadə etməklə müəllim fasilitator rolunu oynayaraq istiqamətləndirici olub şagirdin tədqiqatçı olmasına şərait yarada bilər. Məsələn, sehirli qələm, konteyner, gizlilik kimi funksiyalar şagirdin araşdırma nəticəsində doğru cavab tapmasına kömək edir. Bununla da şagird təkcə cavabın tapılması deyil, eləcə də problemin tədqiqi prosesində iştirak etdiyi üçün onu daha yaxşı anlayır və yadda saxlayır.

Davamı üçün linkə daxil olun. Azərbaycan müəllimi qəzetində məqaləm.

Riyaziyyat fənnindən "Həndəsi fiqurlar haqqında nə öyrəndik?"adlı hesabat dərsi

193 nömrəli tam orta məktəb
Bugünkü dərsimiz gündəlik dərslərdən fərqli oldu, Şagirdlər 6cı sinifdə keçdikləri həndəsi fiqurların hesabatını verdilər. Sinif 1gün öncə 3qrupa bölündü, mövzuların adları təsadüfi seçilərək şagirdlərə bildirildi, hər qrup layihə lideri seçdi, o şagirdlər arasında görüləcək işləri bölüşdürdü. Şagirdlərə layihə işindəki fəallığına görə qiymətləndiriləcəyini, riyaziyyatdan zəif olan şagirdlərə bunun onlar üçün bir şans olduğunu, layihə işində fəal olarsa, daha yaxşı qiymət ala biləcəyini dedikdə bu şagirdlərin də görəcəyi işə marağı artdı, bugün şagirdlər araşdırıb tapdıqları materialları verilən zaman ərzində sistemli şəkildə yerləşdirib hazırladıqları layihəni təqdim etdilər.





193 nömrəli tam orta məktəb. Açıq dərsdən görüntülər.

Ənənəvi dərslə fəal dərs arasında fərqin qısa izahı

2015-ci il 12-14 avqust tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Elabuqa şəhərində VI Beynəlxalq Müəllimlər Festivalında təqdim etdiyim kiçik videoçarx